Ağsu sakini bıçaqlandı

Ağsu sakini bıçaqlandı
19:05 31 Oktyabr 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Ləngəbiz kəndində qeydə alınıb. Kənd sakini, 1998-ci il təvəllüdlü Novruzov İntiqam Şiraz oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 2000-ci il təvəllüdlü Muradov Süleyman Əvəz oğlunu bıçaqlayıb. Bədənin iki yerindən bıçaq xəsarəti alan Süleyman Muradov Ağsu Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/485019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR