Bu gün Çempionlar Liqasının IV turuna start veriləcək

Bu gün Çempionlar Liqasının IV turuna start veriləcək
07:27 1 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının IV turunun oyunları keçiriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə A, B, C və D qrupunda ümumilikdə 8 görüş baş tutacaq.
A qrupunda çıxış edən Fransa PSJ-si İsveçrənin "Bazel" klubunun qonağı olacaq. İngiltərənin "Arsenal" klubu isə Bolqarıstanda "Ludoqorets"lə qarşılaşacaq. PSJ və "Arsenal" səfər görüşünü qələbə ilə başa vuracağı təqdirdə 1/16 final mərhələsinə vəsiqəni təmin edəcəklər.
B qrupunda çıxış edən Türkiyənin "Beşiktaş" klubu İtaliya "Napoli"sini qəbul edəcək. İstanbul təmsilçisi qələbə qazanacağı təqdirdə qrup liderliyini ələ keçirəcək. Qrupun digər oyununda isə Portuqaliyanın "Benfika" klubu Ukrayna "Dinamo"sunu (Kiyev) qəbul edəcək.
Gecənin mərkəzi görüşü isə İngiltərədə keçiriləcək. "Mançester Siti" İspaniyanın "Barselona" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunun birinci pilləsində qərarlaşan kataloniyalılar məğlub olacağı təqdirdə belə mövqeyini dəyişməyəcək. Mançester təmsilçisi növbəti mərhələ şansını saxlamaq üçün evdə qələbə qazanmağa çalışacaq. Bu həm də Xosep Qvardiolanın "Mançester Siti"nin baş məşqçi postunda sabi komandasına qarşı ikinci görüşü olacaqş İlk oyunda "Barsa" evdə 4:0 hesablı qələbə qazanıb. Qrupun digər oyununda isə Şotlaniya "Seltik"i Almaniyada Münhenqladbax "Borussiya"sının qonağı olacaq.
D qrupunda isə "Atletiko Madrid" Rusiyanın "Rostov" klubunu sınağa çəkəcək. İspaniya klubu qələbə qazanacağı təqdirdə 1/16 finala vəsiqəni təmin edəcək. Rusiya təmsilçisi isə sonuncu pillədən xilas olmağa çalışacaq. Almaniyanın "Bavariya" klubu isə Hollandiyada PSV ilə qarşılaşacaq. Münhen təmsilçisi də qələbə sayəsində birinci pilləyə yüksəlmə şanslarını davam etdirəcək.
Çempionlar Liqası, qrup oyunları, IV tur
A qrupu
23:45. "Bazel" (İsveçrə) - PSJ (Fransa)
23:45. "Ludoqorers" (Bolqarıstan) - "Arsenal" (İngiltərə)
Xal durumu: "Arsenal" - 7. PSJ - 7. "Bazel" - 1. "Ludoqorets" - 1
B qrupu
21:45 "Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya)
23:45. "Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
Xal durumu: "Napoli" - 6. "Beşiktaş" - 5. "Benfika" - 4. "Dinamo" - 1
C qrupu
23:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya)
23:45. "Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)
Xal durumu: "Barselona" - 9. "Mançester Siti" - 4. "Borussiya" - 3. "Seltik" - 1
D qrupu
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Rostov" (Rusiya)
23:45. PSV (Hollandiya) - "Bavariya" (Almaniya)
Xal durumu: "Atletiko" - 9. "Bavariya" - 6. PSV - 1. "Rostov" - 1.
Qeyd edək ki, digər oyunlar noyabrın 2-də keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/bu-gun-cempionlar-liqasinin-iv-turuna-start-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR