Azərbaycanda qeyri-bank kredit təşkilatlarından birinin sahibi dəyişib

Azərbaycanda qeyri-bank kredit təşkilatlarından birinin sahibi dəyişib
09:47 1 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ "Pro Kredit" bank olmayan kredit təşkilatının (BOKT) 100% səhmdarı olan Emil Məhəmməd oğlu Məmmədov payını 2 fiziki şəxsə satıb. Bu barədə "Report"a açıqlamasında BOKT-un İdarə Heyətinin sədri Ramil Məmmədov bildirib.
Bununla belə, o, rəhbərlik etdiyi maliyyə qurumunun yeni səhmdarlarının adlarını açıqlamayıb: "Sadəcə, deyə bilərəm ki, BOKT-un hər birinin nominal dəyəri 1 000 manat olan 500 səhmi bu iki şəxs arasında bərabər bölünüb".
Xatırladaq ki, "Pro Kredit" ASC 2011-ci ildə yaradılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-qeyri-bank-kredit-teskilatlarindan-birinin-sahibi-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR