ÇL: Qvardiola “Barselona”ya, “Beşiktaş” “Napoli” qarşı

ÇL: Qvardiola “Barselona”ya, “Beşiktaş” “Napoli” qarşı
10:23 1 Noyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçiriləcək.

A qrupunda “Arsenal” 2 həftə öncə Londonda 6:0 hesabıyla darmadağın etdiyi “Ludoqorets”in qonağı olacaq. “Topçular” qələbə qazansa, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edəcək. Qrupun digər matçında isə PSJ “Bazel”in qonağı olacaq. PSJ də qələbə qazanacağı halda, pley-offa vəsiqəni vaxtından əvvəl qazana bilər.

Azərbaycanda da kifayət qədər azarkeşi olan “Beşiktaş” “Napoli”ni qəbul edəcək. Türkiyə təmsilçisi Neapoldakı oyunda qeydə alınan qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaq. Qrupun digər oyununda isə “Benfika” autsayder “Dinamo”nu qəbul edəcək.

Turun mərkəzi qarşılaşması Mançesterdə keçiriləcək. İki həftə öncə İspaniyada aciz qalan (0:4) “Mançester Siti” bu dəfə öz meydanında “Barselona” önünə çıxacaq. Xosep Qvardiola sabiq komandası “Barselona”nı Mançesterdən əliboş yola salmaq niyyətindədir. Onun bu missiyanın öhdəsindən gəlib-gəlməyəcəyi böyük maraq doğurur. Kataloniya təmsilçisi isə bu görüşdə qalib gələcəyi halda, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edəcək.

D qrupunda xal itkisi ilə üzləşməyən “Atletiko” bu tur “Rostov”u qəbul edəcək. Dieqo Simeonenin komandası Rusiyada baş tutmuş görüşdə çətinliklə də olsa, qələbə (1:0) qazana bilmişdi. Növbəti 3 xal Madrid təmsilçisini pley-offa daşıyacaq. Qrupun digər matçında “Bavariya” Hollandiyada PSV-ni sınağa çəkəcək. Münhen klubu da qələbə qazanaraq, 1/8 finalın qapısını vaxtından əvvəl açmaq niyyətindədir.

Çempionlar Liqası. Qrup mərhələsi, 4-cü tur

1 noyabr

A qrupu

23:45 Ludoqorets (Bolqarıstan) – Arsenal (İngiltərə)

23:45 Bazel (İsveçrə) – PSJ (Fransa)

Arsenal – 7. PSJ 7. Bazel – 1. Ludoqorets – 1.

B qrupu

21:45 Beşiktaş (Türkiyə) – Napoli (İtaliya)

23:45 Benfika (Portuqaliya) – Dinamo K (Ukrayna)

Napoli 6. Beşiktaş 5. Benfika – 4. Dinamo K – 1.

C qrupu

23:45 Borussiya M (Almaniya) – Seltik (Şotlandiya)

23:45 Mançester S (İngiltərə) – Barselona (İspaniya)

Barselona – 9. Mançester S – 4. Borussiya M – 3. Seltik – 1.

D qrupu

23:45 Atletiko (İspaniya) – Rostov (Rusiya)

23:45 PSV (Hollaniya) – Bavariya (Almaniya)

Atletiko 9. Bavariya 6. PSV – 1. Rostov – 1.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR