Fin sürücü Vesa Kivimaki dünya rekorduna imza atıb.
Milli.Az xəbər verir ki, "BMW"sini iki təkər üstündə 186 km/saat sürətlə sürən Vesa dünya rekordunu yeniləyib. Onun adı "Ginnesin rekordlar kitabı"na düşüb.
Qeyd edək ki, 181,25 km/saatlıq keçmiş dünya rekordu isə 1997-ci ildə Göran Eliason tərəfindən gerçəkləşdirilib.
Bəxtiyar Umarlı
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

