"Deputat olmaq istəyən azərbaycanlının həyatı təhlükədədir"

"Deputat olmaq istəyən azərbaycanlının həyatı təhlükədədir"
16:05 1 Noyabr 2016
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstan parlamentinə namizəd və seçkinin real qalibi hesab olunan azərbaycanlı Əhməd İmanquliyevin həyatı təhkükədədir.

Milli.Az bakipost.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rustavi2 televiziyası yayıb. Məlumatda bildirilir ki, Əhməd İmanquliyevə qarşı təxribat hazırlanıb və ondan fiziki intiqam almaq istəyənlər hərəkətə keçib.

Məlumat üçün bildirək ki, Əhməd İmanquliyev namizədliyini Vahid Milli Hərəkat Partiyasından, 36-cı seçki dairəsindən vermişdi. Əhalisinin 92 faizi azərbaycanlı olan bu dairədə seçkinin saxtalaşdırıldığı, bu səbəbdən svan millətindən olan Tamaz Naverianın qalib gəldiyi bildirilir. Bu isə əhali tərəfindən narazılıqla qarşılanıb. Yerli əhali düşünür ki, 8 oktyabr parlament seçkilərində gözlədiyinin əksinə olaraq azərbaycanlılardan səs ala bilməyən hakim Gürcü Arzusu Partiyası dövlət resursları hesabına yerli əhaliyə etdiyi təzyiq kampaniyasını açıq saxtakarlıq və çoxsaylı qanun pozuntuları ilə yekunlaşdırıb.
 
Həmyerlilərimizin fikrincə, Gürcüstan hökuməti seçki qutusunda üzləşdiyi biabırçı məğlubiyyətin əvəzini müxalif Vahid Milli Hərəkat Partiyasının 36-cı seçki dairəsindən namizədi, seçkinin real qalibi Əhməd İmmaquliyevə fiziki cəhətdən zərər verməklə çıxmaq istəyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/485271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR