"Öpüşən yerdə şəkil qoymaq tərbiyəsizlik deyil" - Xatirə (FOTO+VİDEO)

Müğənni Rəvan Qarayev ailəsi ilə tez-tez gündəmdə olan həmkarlarına söz atıb.

Big.az xəbər verir ki, "10-dan sonra" verilişində Rəvanın "Efirdə əri ilə olsa belə, öpüşmək tərbiyəsizlikdir" fikrinə reaksiya gəlib. Süjetdə Xatirə və həyat yoldaşının fotosu verilib və qonaq olaraq da studiyaya Xatirə İslam dəvət olunub.

X. İslam açıqlamasında bildirib:

"O mənim şəxsi profilimdir. Rəvan heç vaxt mənə tərbiyəsiz deyə bilməz. O yəqin başqalarına deyib o sözü.. Öpüşən yerdə şəkil qoymaq tərbiyəsizlik deyil. Mən müasirəm. Əvvəllər olsaydım dəli olardım. Rəvan mənə deməz. Məgər Xatirə adam deyil, Xatirənin dodağı yoxdur? Boş söhbətdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR