"İnter"in baş məşqçisi Frank de Bur vəzifəsindən azad olunub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, onun səlahiyyətlərini müvəqqəti olaraq əvəzedici komandanın çalışdırıcısı Stefano Vekki icra edəcək. Vekkinin rəhbərliyi altında "nerazzurri" ilk matçını Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Southampton"a qarşı keçirəcək.
"İnter" rəhbərliyi holland mütəxəssisə bir neçə aylıq işinə görə təşəkkür edib və uğurlar arzulayıb.
Milli.Az