Onun sözlərinə görə, Rusiya büdcəsində növbəti 3 il ərzində neftin orta qiyməti 40 dollar/barel götürüldüyündən, büdcəni konservativ hesab etmək olar. O, Rusiyanın müstəqil kredit reytinqinin ancaq neft qiymətlərinin kəskin artması və ya sanksiyaların ləğv edilməsi halında yüksələ biləcəyini bildirib. Lakin Bhatiya bunu gözləmədiyini əlavə edib.
Xatırladaq ki, sentyabr ayında "S&P" beynəlxalq reytinq agentliyi Rusiyanın müstəqil reytinqini "BB+" səviyyəsində təsdiqləyib, proqnozu isə "neqativ"dən "stabil"ə yüksəldib.