Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib.
A qrupunda "Arsenal" Bolqarıstanda "Ludoqorets"lə qarşılaşıb. Bu komandaların 2 həftə öncə Londondakı qarşılaşması "topçular"ın 6:0 hesablı qələbəsi ilə başa çatsa da, bu dəfə qələbə Arsen Vengerin yetirmələri üçün çox çətin başa gəlib. Matçın artıq 15-ci dəqiqəsində 0:2 geriyə düşən londonlular yekunda 3:2 hesablı qələbəyə sevinib. London təmsilçisi səfərdə qazandığı 3 xalla növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edib. Qrupun digər matçında isə PSJ "Bazel"in qonağı olub. Öz meydanında 3:0 hesablı qələbəyə sevinən parislilər bu matçda da qalib gəlib.
Günün ən maraqla gözlənilən oyunları sırasında "Beşiktaş" - "Napoli" görüşü də var idi. Bu komandaların Neapoldakı oyununda qeydə alınan nəticə Türkiyə təmsilçisində özünəinam hissini bir qədər də artırmışdı. Şenol Günəşin yetirmələri öz meydanlarında 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Turun mərkəzi qarşılaşması Mançesterdə keçirilib. İki həftə öncə İspaniyada darmadağınla (0:4) üzləşən "Mançester Siti" bu dəfə öz meydanında "Barselona"nı xalsız qoyub. Xosep Qvardiolanın yetirmələri sabiq komandası "Barselona"nı Mançesterdən əliboş yola salıblar - 3:1.
D qrupunda xal itkisi ilə üzləşməyən "Atletiko" bu tur "Rostov"u qəbul edib. Madrid təmsilçisi bu oyunda da 3 xal qazanaraq, növbəti mərhələyə vəsiqəni vaxtından tez təmin edib. Qrupun digər matçında isə "Bavariya" Hollandiyada "PSV Eyndhoven"i sınağa çəkib. Münhen klubu da qələbə qazanaraq, 1/8 finalın qapısını vaxtından əvvəl açıb.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
IV tur
1 noyabr
A qrupu
"Ludoqorets" (Bolqarıstan) - "Arsenal" (İngiltərə) - 2:3
Qollar: Kafu, 12, Keseru, 15 - Caka, 22, Jiru, 42, Mesut, 88
"Bazel" (İsveçrə) - PSJ (Fransa) - 1:2
Qollar: Zuffi, 76 - Matuidi, 43, Munier, 90+2
1. |
Arsenal |
4 |
3 |
1 |
0 |
12-3 |
10 |
2. |
PSJ |
4 |
3 |
1 |
0 |
9-3 |
10 |
3. |
Bazel |
4 |
0 |
1 |
3 |
2-8 |
1 |
4. |
Ludoqorets |
4 |
0 |
1 |
3 |
4-13 |
1 |
B qrupu
"Beşiktaş" (Türkiyə) - "Napoli" (İtaliya) - 1:1
Qollar: Quaresma, 78 (pen.) - Hamşik, 82
"Benfika" (Portuqaliya) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:0
Qol: Salvio, 45+2
1. |
Napoli |
4 |
2 |
1 |
1 |
9-7 |
7 |
2. |
Benfika |
4 |
2 |
1 |
1 |
6-5 |
7 |
3. |
Beşiktaş |
4 |
1 |
3 |
0 |
6-5 |
6 |
4. |
Dinamo K. |
4 |
0 |
1 |
3 |
2-6 |
1 |
C qrupu
"Borussiya" (Mönxenqladbax, Almaniya) - "Seltik" (Şotlandiya) - 1:1
Qollar: Stindl, 32 - Dembele, 76
"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya) - 3:1
Qollar: İlkay, 39, 74, De Brün, 51 - Messi, 21
1. |
Barselona |
4 |
3 |
0 |
1 |
14-4 |
9 |
2. |
Mançester S. |
4 |
2 |
1 |
1 |
10-8 |
7 |
3. |
Borussiya M. |
4 |
1 |
1 |
2 |
4-7 |
4 |
4. |
Seltik |
4 |
0 |
2 |
2 |
4-13 |
2 |
D qrupu
"Atletiko" (İspaniya) - "Rostov" (Rusiya) - 2:1
Qollar: Qrizman, 28, 90+3 - Azmun, 30
"PSV Eyndhoven" (Hollaniya) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Arias, 15 - Levandovski, 34 (pen.), 74
1. |
Atletiko |
4 |
4 |
0 |
0 |
5-1 |
12 |
2. |
Bavariya |
4 |
3 |
0 |
1 |
11-3 |
9 |
3. |
PSV Eyndhoven |
4 |
0 |
1 |
3 |
4-9 |
1 |
4. |
Rostov |
4 |
0 |
1 |
3 |
3-10 |
1 |
Milli.Az