İndoneziya sahillərində gəmi qəzaya uğrayıb, 21 sərnişin ölüb, 34-ü itkin düşüb

İndoneziya sahillərində gəmi qəzaya uğrayıb, 21 sərnişin ölüb, 34-ü itkin düşüb
12:07 2 Noyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ İndoneziyanın Batam adası sahilləri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində 21 nəfər ölüb, 34 nəfər itkin düşüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda yerli səhiyyə idarəsinin nümayəndəsi məlumat verib.
İnformasiyaya görə, 38 sərnişin xilas edilib.
Gəmi Malayziyanın Coxor-Baru limanından İndoneziya istiqamətində hərəkət edirmiş. Şahidlərin sözlərinə görə, güclü külək və dalğalar gəmini çevrib. Bununla yanaşı, qəzanın baş verməsinin əsas səbəblərindən biri kimi İndoneziyaya işçi-miqrant daşıyan gəminin həddindən çox yüklənməsi göstərilir. 
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-ndoneziya-sahilleri-yaxinlignda-gemi-qezaya-ugrayib-21-sernisin-olub-34-u-itkin-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR