Azərbaycanlı Rusiyada yoxa çıxıb (FOTO)

Azərbaycanlı Rusiyada yoxa çıxıb (FOTO)
21:08 2 Noyabr 2016
135 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Orenburq şəhərində yaşayan azərbaycanlı itkin düşüb.

APA-nın məlumatına görə, “Azərbaycan-Slavyan” Gənclər Assosasiyasının rəhbəri Toğrul Allahverdili bildirib ki, əslən Azərbaycanın Ağcəbədi rayonunun Sarıcalı kəndindən olan Əhmədov Ziyad Saday oğlu ötən əsrin 90-cı illərinin əvvəlindən Orenburqda yaşayıb. Oğlu da, anası da Rusiya vətəndaşıdır. Hər ikisi hazırda Orenburqda yaşayır.

Z. Əhmədov 3 il əvvəl Moskvaya gedəcəyini bildirərək evdən çıxıb, bir daha geri dönməyib, o vaxtdan ondan heç bir xəbər yoxdur.

Bu müddət ərzində məhdud çərçivədə axtarılsa da, artıq onunla bağlı bu yaxınlarda bütün Rusiya üzrə axtarış verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR