Tuneldə xarab olan "KamAZ" Bakının əsas prospektində tıxaca səbəb oldu

Tuneldə xarab olan "KamAZ" Bakının əsas prospektində tıxaca səbəb oldu
09:42 3 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının əsas prospektlərindən birində yük maşını xarab olub, yolda tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, hazırda paytaxtın Heydər Əliyev prospektində (metronun "Koroğlu" stansiyasından şəhər istiqamətində) tıxac var. Səbəb prospektin sağ kənar yolun üzərindəki tuneldə "KamAZ" markalı yük avtomobilinin xarab olaraq qalmasıdır.

Şəhərin digər küçə və prospektlərində isə avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. 

Yusif Nəsirli

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR