"Allah mənə övlad verib, anamı aldı" - Sevda ağladı

"Allah mənə övlad verib, anamı aldı" -  Sevda ağladı
11:41 3 Noyabr 2016
111 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Sevda Sanəliyeva həyatından söz açıb.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, anasının onun üçün çəkdiyi çətinlikləri xatırlayıb:

"Özümü tanıyandan çətinliklər görmüşəm. Onların müqabilində Allah mənə bu günü mükafat kimi bəxş edib. Yenidən doğulub o çətinlikləri yaşamağa hazıram. Çünki həyatımdan çox razıyam.

Anam çox zəhmətkeş olub, dincəlmək bilməyib. Bizə görə 2 növbə işləyib, canını dişinə qatıb. Bizim heç nəyə möhtac olmamağımız üçün hər şey edib. Artıq müəyyən zaman sonra bu qrafik onun səhətində problemlər yaratmağa başladı. 1 il 4 aydır anam vəfat edib. İndiki xoşbəxtliyimi anam görmədi".

S.Sanəliyeva övladından danışıb, göz yaşlarını saxlaya bilməyib:

"İllərlə övlad istəyi ilə alışıb-yanırdım. Övladım olduqdan 40 gün sonra anam vəfat etdi. Hamiləliyimin ilk aylarında anamın vəziyyəti pisləşməyə başladı. Bunun səbəbini onda görürəm ki, anam iki dəfə dua etdi. Dedi ki, Allahım, mənim balama bala ver, mənim canımı al. Çox pis olmuşdum. Anam getdi və mənim övladım oldu. Düşünürəm ki, Allah mənə övlad verib, anamı aldı".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60402

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR