Yunanıstanda "Qarabağ"a qarşı təxribat - Stadionda erməni bayrağı

Yunanıstanda "Qarabağ"a qarşı təxribat - Stadionda erməni bayrağı
00:23 4 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Bir neçə dəqiqədən sonra Yunanıstanın Saloniki şəhərinin"Tumba" stadionunda start götürəcək Avropa Liqasının IV turunun PAOK - "Qarabağ" oyununda yerli azarkeşlər təxribata əl atıblar.

"Report"un Salonikiyə ezam olunmuş əməkdaşının məlumatına görə, PAOK azarkeşləri stadiona Ermənistan bayrağı ilə gələrək əvvəlcədən əldə olunmuş razılığı pozublar.

Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra bayraq yığışdırılıb.

İki klubun razılığına əsasən, azsaylı "Qarabağ" azarkeşləri Türkiyə, meydan sahibi azarkeşlər isə Ermənistan bayrağı ilə stadiona daxil olmamalıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174673.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR