Günaydan yeni mahnı və klip - video+fotolar

Günaydan yeni mahnı və klip -  video+fotolar
10:06 4 Noyabr 2016
75 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Günay İbrahimli “Teşekkurler Bakü” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə,  mahnı türk dilindədir. İfaçı bildirib ki, ilk dəfə bu tərzdə bəstəyə müraciət edib:

“Sözləri və musiqisi Arif Şıxəmirova, arajımanı Rasim Məmmədova məxsusdur. Klip üzərində 20 nəfərdən ibarət komanda çalışıb. Rejissorun və mənim xüsusi komandam var idi. Ekran işində tərəf müqabilim yoxdur, ancaq tanınmayan aktyorlar iştirak edib. Onlara belə bir şans verdik ki, öz istedadlarını göstərsinlər. Bakımı sevdiyim üçün bu mahnını kliplə təqdim etdim. Ekran işində Bakıdan gözəl görüntülər yer alıb. İstədim ki,  şəhərin gözəllikləri klipdə əks olunsun. Bu, digər ekran işlərimdən çox fərqlənir”.

Klipin rejissoru Nail Naiboğludur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR