Türkiyədə partlayış: Hücum davam edir

Türkiyədə partlayış: Hücum davam edir
16:23 5 Noyabr 2016
159 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnak vilayətinin Gündoğdu məhəlləsində parytlayış baş verib.

Publika.az
xəbər verir ki, partlayış nəticəsində iki uşaq həlak olub, 4 uşaq yaralanıb.

Şırnaq Valiliyinin açıqlamasında deyilir ki, partlayış PKK terror təşkilatı tərəfindən törədilib.

“Hadisə terror təşkilatının əvvəlcədən yerə basdırdığı bombaların partlaması nəticəsində baş verib”, - deyə Valilik qeyd edib.

Qeyd edək ki, dünən də Diyarbəkir vilayətində 8 nəfərin ölümü, 100-dən çox insanın yaralanması ilə nəticələnən terror aktı törədilib.
Bu hücumların PKK-nı dəstəkləyən HDP millət vəkillərinin həbsinə etiraz olaraq edildiyi deyilir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR