BMW-dən yığcam krossover - FOTO

BMW-dən yığcam krossover - FOTO
00:17 7 Noyabr 2016
131 Maraqlı
Ölkə mətbuatı
A- A+

Tezliklə Bavariya markasının X-sırasında ilk altı rəqəmlərin hamısı dolu olacaq - orada yalnız böyük yolsuzluq avtomobilləri üçün yer qalacaq.
Çünki "X2" adlı yeri "yolsuzluq kupesi" üslubunda yeni yığcam krossover tutdu. Düzdür, hələlik konsept statusunda.

Milli.Az auto.az-a istinadən bildirir ki, yenilik qabaq ötürücülü UKL platformasında yığılacaq və onun ikinci nəsil "X1" ilə bir çox oxşarlıqları var. Əgər siz hesab edirsinizsə "X1"-in dizaynı elə də idmansayağı deyil (ilk nəsil daha qətiyyətli görünürdü), onda gələcək "X2"-ə də baxın.

Bəli, bu hələlik şoukardır. Çox güman ki, o, seriyalı modelə daha yaxındır. "X2" daha alçaq klirensə və dam xəttinə malikdir və bunun sayəsində o, daha qətiyyətli və aqressiv görünür. Xəyalınızda 21-düymlük təkər disklərini 19-düymlüklə əvəz edin, kameralar əvəzinə normal güzgülər barədə düşünün, gözünüzün qabağına daha ənənəvi optika gətirin - gələcək "X2"-nin dizaynı hazırdır.

Hazırda gözlənilən "X2"-nin texniki detalları barədə məlumat yoxdur. Hələlik yalnız dizayndan söhbət gedir.
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR