Bülbülə qəsəbəsində yaşayan şəxsin evindən silah götürülüb.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovun evinə baxış zamanı oradan qundağı kəsilmiş və nömrəsi silinmiş "AKM" silahı və 18 ədəd avtomat patronu aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Milli.Az