“Lenovo” smartfonu daha olmayacaq?

“Lenovo” smartfonu daha olmayacaq?
08:12 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Lenovo" şirkəti öz adı altında smartfonların istehsalını dayandırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Çindən olan tərtibatçılar bildirir ki, "Lenovo" smartfonları bundan sonra "Moto" brendi ilə istehsal olunacaq. "Lenovo P2" adlanan sonuncu cihaz Çində "Moto M" konpakt cihazı ilə birgə noyabrın 8-də təqdim ediləcək.

Bu məlumat "Lenovo" nümayəndələri tərəfindən öz təsdiqini hələlik tapmayıb. Böyük ehtimallara görə, dəyişikliklərlə bağlı rəsmi bəyanat noyabrın 8-də keçirilən təqdimatda ediləcək.

Gözlənilir ki, "Lenovo P2" və " Motorola Moto M" smartfonları 5,5 düym həcmli displeyə malik olacaq. Bununla belə, P2 AMOLED displeyi ilə təchiz ediləcək, "Moto M" isə çox güman ki, maye-kristal displeylə təchiz ediləcək.

"Lenovo" telefonunun əsas kamerası 13 meqapiksel həcmli olacaq. "Motorola" isə işıq diodlu işıqlandırmaya malik 16 meqapiksel kamera təklif edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/487131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR