Nikaraquanın hazırkı prezidenti, hakim Sandinist Milli Azadlıq Cəbhəsinin lideri Daniel Orteqa üçüncü müddətə seçilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, ölkədə keçirilən prezident seçkilərində seçicilərin 72,5%-i D.Orteqaya səs verib.

Onun ən yaxın izləyicisi Maksimino Rodriqes 15% səs toplayıb.

İlk dəfə 1985-ci ildə prezident seçilən Orteqa beş il sonra postunu tərk etməli olub, 2006-ci ildə yenidən hakimiyyətə qayıdıb.

Milli.Az