Günel Türkiyəyə gedən müğənnilərimizi "uğursuz" adlandırıb - fotolar

Günel Türkiyəyə gedən müğənnilərimizi "uğursuz" adlandırıb -  fotolar
12:06 10 Noyabr 2016
173 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri günel Zeynalova "Solo+” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, proqrama qardaşı Tunar Rəhmanoğlu ilə birlikdə qatılan ifaçı aparıcı Murad Arifin suallarını cavablandırıb. O, yerli məşhurların Türkiyə şou-biznesindəki fəaliyyətindən danışıb.

G.Zeynalova həmkarlarının qardaş ölkədə “tutuzdurmaq” cəhdini uğursuz adlandırıb:

“Heç birində alınmır... Cem Yılmaz filmində İradə İbrahimovanın “Neyləyək” mahnısından istifadə etdi. Əgər İradə Vaqif Gərayzadənin bu mahnısını orada çıxarsaydı, səs-küy yaradardı. Çünki Cem Yılmaz həqiqətən də sanballı addır. Onun reklam etdiyi "Neyləyək” mahnısı türklərin marağını çəkmişdi. Təəssüf ki, İradə bu mahnını Türkiyədə çıxarmaq barəsində Vaqif müəllimlə razılığa gələ bilmədi. Bu bəstə tutardı... Orada tanınmaq üçün ifaçıların etdiyi digər cəhdləri isə uğurlu hesab etmirəm”.

Proqramın sözügedən buraxılışını bu gün saat 22:00-da "Lider"də izləyə bilərsiniz.

















Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60840

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR