Atatürkün ən böyük xəyalı və onu sevən qızın müəmmalı intiharı – QARANLIQ TARİX

Atatürkün ən böyük xəyalı və onu sevən qızın müəmmalı intiharı – QARANLIQ TARİX
16:23 10 Noyabr 2016
146 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atütürkün vəfat etdiyi gündür. 1881-ci ildə Salonikidə anadan olan Atatürk 1938-ci ilin 10 noyabr tarixində İstanbulda vəfat edib.

Publika.az Atatürk haqda ən maraqlı məlumatları təqdim edir:

“Ata” sözünü sevmirdi

“Atatürk” sözünü ilk dəfə Türk Dil Qurumunun rəhbəri bir çıxışından səsləndirib. Mustafa Kamal da bu sözü çox bəyənib və soyad olaraq götürüb. Ona “Ata” deyə xitab edilməsini heç vaxt xoşlamayıb.

Ən böyük xəyalı

Ömrü vəfa etsəydi, ən böyük xəyalı dünya turuna çıxıb türk dili və tarixi ilə bağlı araşdırmalar aparmaq idi.

Həmişə yanında gəzdirdiyi kitab

Kitabxanasında minlərlə kitab var idi. Lakin onalrın arasında ən çox sevdiyi və həmişə yanında gəzdirdiyi Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı olub.

Bütün köynəkləri ağ olub

Köynəklərinin hamısının rəngi ağ idi. Əvvəlcə İsveçrədə xüsusi olaraq tikilirmiş. Lakin sonradan yerli mal istehsalını dəstəkləmək üçün Bəyoğlunda (İstanbulun məşhur məhəlləsi) bir dərziyə tikdirib.

Atatürkə görə intihar edən qız

Atatürkü sevən Fikriyə adlı bir xanım olub. O, həm də Mustafa Kamal ilə qohumluq əlaqəsinə sahib idi. Bir gün Atatürkün Lətifə xanımla evləndiyini eşidir və Çankaya köşkünə gəlir. Lakin Lətifə xanım onu köşkdən uzaqlaşdırır və içəri keçməsinə icazə vermir. Buna görə də o, elə Çankaya köşkünün önündə intihar edir. Fikriyə xanımın tapança ilə vurulması iddiaları da var.

Siqaret çəkmək üçün hansı hiyləyə əl atıb?

Atatürk ölümünə səbəb olan xəstəliyinin başlandığı dövrdə həkim müayinəsindən keçir. Həkimi Fissinger gündə neçə qutu siqaret çəkdiyini soruşur. Atatürk “səkkiz” deyir. Həkim bunu iki qutuya endirməyi tövsiyə edir. Atatürk də gülümsəyərək, “Onsuz da iki qutu çəkirdim. Bundan sonra bunu sizin icazənizlə edəcəm” deyir.

Asif









Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/175437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR