Madrid "Real"ının zədəli futbolçularından biri sıraya dönüb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, söhbət braziliyalı yarımmüdafiəçi Kasemirodan gedir.
24 yaşlı futbolçu zədəsini sağaldıb. Həkimlər "sambaçı"nın məşqlərdə topla hərəkət etməsinə icazə veriblər.
"Real"ın heyətində Kərim Benzema, Pepe, Serxio Ramos və Toni Kroos isə zədədən əziyyət çəkirlər.
Qeyd edək ki, Kasemiro La Liqanın cari mövsümündə cəmi 3 oyunda iştirak edib.
Milli.Az