"Əl Qaida" Trampı təriflədi: "Allah onu saxlasın!" - FOTO

"Əl Qaida" Trampı təriflədi: "Allah onu saxlasın!" - FOTO
12:05 11 Noyabr 2016
115 Dünya
Ölkə mətbuatı
A- A+

"Donald Trampın ABŞ-da keçirilmiş prezident seçkilərində qələbəsindən çox razıyıq, çox məmnunuq".

Beynəlxalq "Əl Qaida" terror qruplaşmasının Suriyadakı bölməsi olan "Cəbhət əl Nüsra"nın ruhani lideri şeyx Abdulla Məhəmməd bin Süleyman əl Mühaysini belə deyib.

Milli.Az SITE Intelligence Group-a istinadən bildirir ki, əl Mühaysininin sözlərinə görə, D.Trampın seçkilərdəki qələbəsi "Cəbhət əl Nüsra"nın xeyrinədir.

"Bu insan ABŞ-ın prezidenti postunda bizim arzuladığımız adamdır. Allah onu saxlasın! İnşallah, Trampın yürüdəcəyi xarici siyasət bizi daha da möhkəmləndirəcək, gücləndirəcək. Mücahidləri təbrik edirəm!", - "Cəbhət ən Nüsra"nın liderlərindən biri Twitter-dəki profilində paylaşdjığı bəyanatında yazıb.

Onun sözlərinə görə, Donald Trampın qələbəsi Qərb ölkələrində yaşayan müsəlmanların yaşamını ağırlaşdıracaq: "Beləliklə, müsəlmanlar təqiblərə və repressiyalara dözməyərək mübarizəyə qalxacaqlar, bizə qatılacaqlar, sıralarımızda olacaqlar".

Əl Mühaysini bu ilin aprelində "Cəbhət ən Nüsra" sıralarına Suriyanın şimalında 3 mindən artıq uşaq və yeniyetmənin cəlb olunması kampaniyasının müəllifidir.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR