Xatırladaq ki, "Naxçıvanbank"ın rəsmi internet səhifəsində kredit təşkilatının yalnız 2009-2011-ci illə əhatə edən maliyyə hesabatları yerləşdirilib. Başqa sözlə, Bank 5 ildir ki, ictimaiyyətə fəaliyyəti barədə hesabat vermir.
"Hazırda yeni saytımız hazırlanır, yəqin ki, gələn həftə istifadəyə veriləcək. Bütün maliyyə hesabatlarını orada yerləşdirəcəyik", - deyə A.Məmmədov qeyd edib.
Xatırladaq ki, "Naxçıvanbank" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,94 mln. manatdır. Bankın səhmləri 4 fiziki şəxsə məxsusdur.