Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ

Həftənin ilk iş günü hava necə olacaq? - PROQNOZ
12:14 13 Noyabr 2016
380 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 14-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, yarımadada dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə  9-12° isti, gündüz  15-18° isti, Bakıda gecə  10-12° isti, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət  gecə 80-90 %, gündüz 55-65 % təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz olacaq, bəzi  yerlərdə duman müşahidə ediləcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında çiskinli yağış yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 5-10° isti,  gündüz 15-20° isti, dağlarda gecə  3-8° isti, gündüz  13-18° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR