Quba sakini at arabasının altında qalıb

Quba sakini at arabasının altında qalıb
15:52 13 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Quba rayonunda 30 yaşlı gənc arabanın altında qalıb.

"Report" xəbər verir ki, rayonun Alekseyevka kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Şahin Şamil oğlu bağdan meyvə daşıyarkən ata qoşulmuş arabanın altında qalıb.

Quba Mərkəzi Rayon Xəstəxanasından "Report"a verilən məlumata görə, yaralı qarının küt travması, sağ qaş üstü nahiyəsinin cırılmış - əzilmiş yaraları" diaqnozu ilə qəbul olunub, hal-hazırda Cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR