Bakının mərkəzindəki otellərdən birində yanğın olub

Bakının mərkəzindəki otellərdən birində yanğın olub
18:32 13 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Paytaxtın Xətai rayonunda yerləşən otellərdən birində yanğın hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus oteldə ümumi sahəsi 50 m² olan 3 otaqlı kotecin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və 1 ədəd çarpayı yanıb.
Kotecin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/ask/bakinin-merkezinde-otel-yanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR