Bastian Şvaynştayger "Mançester Yunayted"i tərk etmək üzrədir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, almaniyalı futbolçu karyerasını ABŞ çempionatında davam etdirə bilər.
Şvaynştayger hazırda MLS-də mübarizə aparan "Çikaqo Fayr"la danışıqlar aparır. Bu günlərdə təcrübəli yarımmüdafiəçi Çikaqo klubunun baş məşqçisi Velko Paunoviçlə birgə şam edib.
Milli.Az