İki dəfə boşanmış şəxsdən dəhşətli əməl - MƏKTUB YAZIB QOYDU

İki dəfə boşanmış şəxsdən dəhşətli əməl - MƏKTUB YAZIB QOYDU
10:54 15 Noyabr 2016
184 Digər
Ölkə mətbuatı
A- A+

 

Bakıda daha bir intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu qəsəbəsi Asif Əsədullayev küçəsində kirayə yaşayan 1963-cü il təvəllüdlü Cəfərov Yusif İzmir oğlu özünü qaz borusundan asaraq intihar edib. İlkin araşdırma zamanı onun məktubu tapılıb. Məktubunda Y.Cəfərov ölümündə heç kimin günahkar olmadığını, öz istəyi ilə həyatına son qoyduğunu qeyd edib.

 

Bildirilir ki, Y.Cəfərov ali təhsilli olub və müharibə veteranıdır. O, daha əvvəl iki dəfə ailəli olub və hər iki izdivacı uğursuz olub, boşanıb. Son vaxtlar işsiz olan və maddi problemlər yaşayan 53 yaşlı kişinin bu səbəbdən həyatına son qoyduğu bildirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259503

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR