Vaşinqton Rusiyanın Suriyada hava zərbələrini bərpa etməsini pisləyib

Vaşinqton Rusiyanın Suriyada hava zərbələrini bərpa etməsini pisləyib
05:32 16 Noyabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Vaşinqton Rusiya Kosmik Hava Qüvvələrinin Suriyada zərbələri bərpa etməsini pisləyir.
"Report" xəbər verir ki, bunu çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Elizabet Trüdo deyib.
"Biz Rusiya və Suriya rejimi tərəfindən aviazərbələrin bərpa olunmasını qətiyyətlə pisləyirik", - deyə o, Vaşinqtonda keçirilən brifinqdə bildirib.
Trüdo bu kimi hücumları beynəlxalq hüququn mümkün pozulması adlandırıb.
"Son məlumatlar beş xəstəxana və bir mobil hospitala zərbə endirildiyindən xəbər verir. Biz hesab edirik ki, bu kimi hərəkətlər beynəlxalq hüququn pozulması deməkdir", - deyə o söyləyib və bu zərbələri ABŞ-ın fərziyyəsinə görə kimin endirdiyini qeyd etməyib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/abs-rusiyanin-suriyada-hava-zerbelerini-berpa-etmesini-pisleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR