Fransada fövqəladə vəziyyət rejimi yazadək uzadılacaq

Fransada fövqəladə vəziyyət rejimi yazadək uzadılacaq
13:57 16 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Fransada fövqəladə vəziyyət rejimi 2017-ci il aprelinədək davam edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland “France24”, “TV5” telekanalları və “RFİ” radiostansiyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, terror təhlükəsi yüksək həddə qalmaqdadır: “Bu gün 600-ə yaxın fransız Suriya və İraqda terrorçuların sırasındadır. Təxminən 200 fransız mücahid orada həlak olub. Ona görə də fövqəladə vəziyyət rejiminin seçkiyədək uzadılmasını istəyirəm”.
Qeyd edək ki, 2015-ci il noyabrın 13-də Parisdə törədilən terror aktından sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin gün terror nəticəsində 130 nəfər ölmüş, 350 nəfər isə yaralanmışdı. Əvvəlcə fövqəladə vəziyyət rejimi 12 günlüyə tətbiq edilsə də, sonradan onun müddəti 3 ayadək uzadıldı. Ondan sonra parlament bu vəziyyətin müddətinin uzadılması haqda bir neçə dəfə qərar qəbul edib.
Xatırladaq ki, 2017-ci il aprelin 23-də Fransada prezident seçkisinin birinci turu keçiriləcək. Ehtimal edilən ikinci turun isə mayın 7-də keçirilməsi nəzərdə tutulub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR