Avropa Xəbər Agentlikləri Alyansının prezidenti: "Bakıda keçirilən bu konqres gələcək media üçün vacibdir" - FOTO

Avropa Xəbər Agentlikləri Alyansının prezidenti: "Bakıda keçirilən bu konqres gələcək media üçün vacibdir" - FOTO
16:12 16 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Xəbər Agentliklərinin V Konqresi kimi tədbirlərin keçirilməsi gələcək media üçün çox vacibdir.

Milli.Az bildirir ki, bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən Avropa Xəbər Agnetlikləri Alyansının və TT İsveç Agnetliyinin prezidenti Yonas Erikson deyib.

O bildirib: "Belə tədbirlər sayəsində bu gün xəbər agentlikləri qarşısında duran ümumi vəzifə və məqsədləri, medianın gələcək inkişaf prespektivlərini müzakirə edə bilirik. Bu çox mühümdür".

Konqresin yüksək şəkildə təşkil edildiyini də vurğulayan Y.Eriksonun sözlərinə görə, medianın əsas vəzifəsi oxuculara doğru xəbər çatdırmaqdır: "Bu gün artıq xəbər agentliklərinə gələcəkdə obyektiv və doğru, ən əsası azad xəbər yaymağa imkan verən addımlar atılmadlır".

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR