Xalq artistinin vəziyyəti ağırlaşdı - FOTO

Xalq artistinin vəziyyəti ağırlaşdı - FOTO
16:47 16 Noyabr 2016
1417 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq artisti, ustad xanəndə Ağaxan Abdullayevin vəziyyəti yenidən ağırlaşıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, buna səbəb ustadın yayılan son fotosu olub. Belə ki, xanəndə onu ziyarətə gələn dostları ilə birgə çəkdirdiyi fotoda çox zəifləmiş və taqətsiz görünüb. 

Əməkdaşımız xalq artisti ilə əlaqə saxlaya bilib. Ağaxan Abdullayev çətinliklə də olsa, danışa bilmədiyini, vəziyyətinin yaxşı olmadığını deyib. 

Xatırladaq ki, 66 yaşlı xalq artisti Ağaxan Abdullayev uzun müddətdir ki, boğazında yaranmış xəstəlikdən əziyyət çəkir. Ötən il vəziyyəti ağırlaşdığından o, Türkiyə xəstəxanalarının birində müalicə almışdı. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR