Nəbz artımının səbəbləri nələrdir?

Nəbz artımının səbəbləri nələrdir?
21:12 17 Noyabr 2016
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəbz sayı, ürəyin dəqiqə içərisində  neçə dəfə hərəkət etdiyini göstərir. İnsan orqanizmində normal nəbz sayı yaşa, çəkiyə, duyğu vəziyyətə görə dəyişməklə birlikdə normal və sağlam bir insan üçün 60-100 arasında dəyişir.

Bəs nəbz artımının səbəbləri nələrdir? (sabah.com)
İdman (bu artım normaldır): İdman etməyin nəbzinizi yüksəltməsi çox normal bir haldır və əslində olması lazım olan bir hadisə kimi sayılır. İdmanınızın bədəninizə yaxşı təsir etdiyini göstərən əlamətlərdən biri də nəbz artımıdır.
Spirtli içki: Haram içki olan spirtli içki qəbul etmək, ruha vurduğu zərbələrlə yanaşı, ürəyə normadan xeyli artıq yük yükləyəcəkdir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu səbəbdən də,  nəbz yüksələcəkdir. Nəticədə ürək zərər görəcəkdir. Bu isə, olduqca təhlükəlidir.
Ürək xəstəlikləri: Müxtəlif ürək xəstəlikləri həyəcana səbəb olur. Yüksək təzyiq, konjenital ürək xəstəliyi, aorta çatışmazlıqları nəbz artımına səbəb olan xəstəliklərdəndir.
Ağciyər xəstəlikləri: Emfizema və ya sətəlcəm kimi xəstəliklər, ürəyin qanın getməsi lazım olan yerlərə çatdırmaq məqsədilə artıq işləməsinə və bunun nəticəsində nəbz yüksəkliyinə səbəb olur.
Qorxu, stress: Qorxu və stress ürəyin sürətli artçasına səbəb olaraq nəbz artımına gətirib çıxarır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR