Ölkəmizə ən çox hansı ölkədən məhsul idxal olunur?

Ölkəmizə ən çox hansı ölkədən məhsul idxal olunur?
03:28 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrlə 12742,7 milyon ABŞ dolları məbləğində, o cümlədən 6541,2 milyon dollarlıq ixrac və 6201,5 milyon dollarlıq idxal əməliyyatları aparılıb.

Publika.az Statistika Komitəsinə istinadən xəbər verir ki, 339,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ticarət dövriyyəsinin 1904,1 milyon dolları, yaxud 14,9 faizi MDB üzvü dövlətlərinin, 10838,6 milyon dolları və ya 85,1 faizi digər ölkələrin payına düşüb. Dövriyyənin 4730,2 milyon dollarlıq hissəsi və ya 37,1 faizi Avropa İttifaqı ölkələri ilə ticarət əlaqələrinin nəticəsində yaranıb. Xarici ticarət dövriyyəsinin 83,7 faizi Türkiyə, İtaliya, Rusiya, Almaniya, Çin, Fransa, Tayvan, Birləşmiş Krallıq, ABŞ, İsrail, Hindistan, Çexiya, Gürcüstan, Yaponiya, Ukrayna, Xorvatiya, Sinqapur, Portuqaliya, İspaniya, Braziliya, Norveç və İran dövlətlərinin hesabına formalaşıb.

Hardan mal alırıq

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,7 faizi Rusiyanın, 13,4 faizi Türkiyənin, 8,0 faizi Çinin, 6,4 faizi Birləşmiş Krallığın, 5,5 faizi ABŞ-ın, 4,6 faizi Almaniyanın, 4,1 faizi İtaliyanın, 3,8 faizi Yaponiyanın, 3,3 faizi Ukraynanın, 3,1 faizi Sinqapurun, 2,4 faizi Braziliyanın, 2,3 faizi Norveçin, 1,9 faizi Fransanın, 1,7 faizi İranın, hər biri 1,3 faiz olmaqla Çexiya və Qazaxıstanın, 1,1 faizi Rumıniyanın, hər biri 1,0 faiz olmaqla İsveç və Belarusun, 16,1 faizi isə digər ölkələrin payına düşüb.

Ən çox kimə mal satırıq

İxrac olunan məhsulların dəyərinin 18,2 faizini İtaliyaya, 12,9 faizini Türkiyəyə, 7,9 faizini Tayvana, 7,4 faizini Almaniyaya, 6,6 faizini Fransaya, 6,1 faizini İsrailə, 4,2 faizini Hindistana, 3,8 faizini Rusiyaya, 3,4 faizini Gürcüstana, 2,8 faizini Çexiyaya, 2,7 faizini Portuqaliyaya, hər biri 2,2 faiz olmaqla Çin və Xorvatiyaya, hər biri 1,9 faiz olmaqla İspaniya və Tunisə, hər biri 1,5 faiz olmaqla Tailand və Türkmənistana, 1,3 faizini İsveçrəyə, hər biri 1,2 faiz olmaqla ABŞ və İndoneziya, qalan 9,1 faizini isə digər ölkələrə göndərilmiş məhsullar təşkil edib.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/176363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR