Yollardan qarı təmizləyən robot istehsal olundu

Yollardan qarı təmizləyən robot istehsal olundu
15:37 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabr ayında soyuq havalar yavaş-yavaş özünü göstərməyə başlarkən, qarlı günlərin də tez bir zamanda olacağı gözlənilir. Qarlı havalarda isə yolları qardan təmizləyən bir robot hazırlanıb. Yeni istehsal olunnan Kobi adlı robot bütün fəsillərdə, xüsusi ilə də qış mövsümündə qapımızın qarşısında və yollarda olan qarı təmizləyir. Kobiyə kənardan baxanda Transformers ya da Wall-E adlı robotları xatırladır. Yeni istehsal olunan Kobi adlı robot isə Wi-Fi, Bluetooth və ya mobil data köməyi ilə istifadə olunmadığı zamanlarda hava vəziyyətini müşahidə edir. Beləcə də sizləri nə vaxt qar yağacağından ya da havanın küləkli olub-olmayacağından xəbərdar edir .

Eyni zamanda robotun dizaynında iştirak edən sensorlar və GPS sayəsində olduğu yerləri təyin edə bilir. Havalar pisləşməyə doğru getdikdə və qar yağdığı zaman qapınızın önündəki qar yığınlarını təmizləməyə başlayır. Beləcə də kürəklə qar təmizləmə məsələsini aradan qaldırır. Təbii ki, Kobinin tək bacarığı qarlı zamanlarda ortaya çıxmır. Cihaz üç fərqli modulla birlikdə gəlir. Bunlar qara, yarpaqlara və çəmənlərə xüsusi olaraq hazırlandı. Bu moduləar sayəsində cihazdan havanın gözəl olduğu zamanlarda da istifadə edərək bağçanızı hər zaman təmiz saxlaya bilərsiz. Verilən məlumatlara əsasən, həyatınızı asanlaşdıran Kobi hələ bazara çıxarılmayıb. Sevimli robotun 2017-2018-ci ilin qış fəslində satışa təqdim edilməsi gözlənilir. Kobo adlı robotun təxmini olaraq satış qiyməti isə 4.000 dollar olacaq.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/TexnoPark

https://www.facebook.com/AZTexnoPark/

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/490777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR