Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər

Türkiyə pomidorları Rusiya bazarına 2-3 ildən sonra buraxıla bilər
18:57 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 18 noyabr. REPORT.AZ/ Türkiyə istehsalı olan pomidorlar Rsuiya bazarına 2-3 ildən sonra buraxıla bilər. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyinin ərzaq bazarlarının tənzimlənməsi departamentinin direktoru Vladimir Volik bildirib.
Onun sözlərinə görə, Türkiyədən pomidor idxalına başlanması müddətinin uzadılması ilə bağlı məsələ müzakirə obyektidir. "Bunun zəruriliyi barədə nazirlikdə demişik. Hələ məsələ üzərində iş gedir", - deyə o, II Dünya Taxıl Forumu çərçivəsində verdiyi müsahibədə qeyd edib.
V. Volik bildirib ki, forum çərçivəsində Türkiyənin kənd təsərrüfatı naziri ilə görüşü planlaşdırılıb: "Yəgin ki, görüşdə bu məsələ də qaldırılacaq".
Türkiyə pomidorlarının idxalının ləngidilməsinə aydınlıq gətirən departament direktoru bunu ölkədə parnik təsərrüfatlarına investisiya qoyulması ilə izah edib: "Yatırılan sərmayənin çıxarılması, məhsulumuzun rəqabətqabiliyyətli olması üçün hələ 2-3 il vaxt lazımdır".
Xatırladaq ki, Rusiya hökuməti bu ilin əvvəlindən Türkiyədən bəzi meyvə-tərəvəz məhsullarının, o cümlədən pomidorun idxalını qadağan edib. Türkiyə pomidorları idxal edilən ərzaq məhsullarında böyük paya malik olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/turkiye-pomidorlari-rusiya-bazarina-2-3-il-sonra-buraxila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR