"Bəzən oyun əsəbi alınır" - Qurban Qurbanov

"Bəzən oyun əsəbi alınır" -   Qurban Qurbanov
20:27 19 Noyabr 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XII turunda evdə “Kəpəz”i 1:0 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:


- Çətin oyun oldu. Vacib 3 xal qazandıq. Çempionatın ən çətin oyunlarından biri idi. Futbolçularımın mübarizəsindən razı qaldım. “Slovan”la oyunöncəsi bu qələbə yaxşı oldu. Rəqib yaxşı komandadı. Onlara gələn oyunlarda uğurlar arzulayıram.


- “Qarabağ”ı intizamlı komanda kimi tanıyırıq. Bu gün isə komandanız meydana sanki sarı vərəqə almaq üçün çıxmışdı...

- Hər oyundan öncə oyunçulara bildirirəm ki, ehtiyatlı olsunlar. Ancaq bəzən oyun əsəbi alınır. Bizə qarşı da kobudluq olurdu. Bu da oyunçulara təsir edir. Düzdü, sarı vərəqələr az olmalıdı. Ancaq məncə, normaldı. İntizamı qoruyub saxlamağa çalışırıq. Ancaq futbolda bəzən gözləmədiyin hallar da yaşanır, buna da hazır olmalıyıq.


- Bədavi Hüseynovun vəziyyəti necədi? “Slovan”la oyuna hazır olacaq?

- Bədavinin zədəsi var. Dünəndən fərdi məşqlərə başlayıb. Çalışacağıq ki həmin oyunda çıxış etsin. Ancaq bizim üçün oyunçumuzun sağlamlığı daha vacibdi. Buna görə, həkimlərlə məsləhətləşib, sonra qərar verəcəyik.


- Bir neçə gün öncə fiziki qüsurlu gənclərlə görüşdüz. Nə hiss etdiz?

- Çətindi. Bəzi məqsədləri var, onu həyata keçirmək istəyirlər. Ancaq orada özümü onlardan üstün hiss etmədim. Allah hərəni bir cür yaradır. Heç kimdən artıq deyilik. Hər birini çox sevdim.


- Namiq Ələsgərovun adının bu gün iştirak ərizəsinə salınmamasının səbəbi nə idi?

- Namiqi formasını bərpa etmək üçün dünən əvəzedicilərin çempionatında meydana buraxmışdıq. Həmin oyunda 2 qol vurdu. Yorğun olduğundan bu oyunda şans vermədim.

(futbolinfo.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbzn-oyun-sbi-alnrquot-t54287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR