Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi

Trampın xanımı Ağ Evə köçməkdən imtina etdi
11:57 21 Noyabr 2016
189 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp və on yaşlı oğlu Berron andiçmə mərasimindən sonra Ağ Evə köçməyəcək.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tramp özü məlumat verib.

O, həyat yoldaşının oğlu Berronun təhsili başa çatdıqdan sonra Ağ Evə köçəcəyini qeyd edib. 

Hazırda Tramp ailəsi Nyu Yorkdakı "Trump Tower" göydələnində yerləşən penthausda yaşayır. 

Qeyd edək ki, ABŞ prezidenti seçilən Donald Trampın andiçmə mərasimi gələn il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/491450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR