"Kiminsə ərini əlindən almaq..." - Sevda

"Kiminsə ərini əlindən almaq..." -  Sevda
12:26 21 Noyabr 2016
216 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sevda Sanəliyeva qızı Leyla ilə kamera qarşısına keçib.

Axşam.az-ın məlumatına görə, “ARB Ulduz”da yayımlanan “Şou məkan” verilişinin qonağı olan ifaçı şəxsi həyatından danışıb. 

İfaçı bildirib ki, qızı ilə ilk dəfədir verilişə çıxır:

"Qızım iki ay yarımdır, yavaş-yavaş məşhurlaşmağa başlayır. Bir övlad tapa bilmirdim, Allah mənə ikisini birdən verdi. Yenə övladım olsa etiraz etmərəm. Hələ ailə qurmamışdan öncə ana olmaq üçün müalicələr alırdım. Müalicələri kəsdiyim, dərmanlardan uzaqlaşdığım bir vaxtda hamilə oldum"

S.Sanəliyeva ikinci həyat yoldaşı Cəmil bəydən də danışıb:

“Onu ikinci yox, elə birinci yoldaşım hesab edirəm. Bir-birimizi çoxdan tanıyırdıq. Mənə çox dəstək oldu. Anam rəhmətə getdikdən sonra onun dəstəyi ilə ayağa qalxdım".

Müğənni ərinin birinci ailəsini dağıtması ilə bağlı söhbətlərə münasibət bildirib:

"Haqqımda boş-boş söhbətlər gəzir. Fikir vermirəm, axırda yorulub susacaqlar. Kiminsə ailəsini dağıtmaq, ərini əlində almaq mənə düşməz. Heç kəsdən qorxmuram, edərəm, o yana da keçərəm. Ancaq Allah var axı".

Qeyd edək ki, S.Sanəliyevanın ərinin keçmiş qayınanası açıqlama verərək övladının boşanmasının səbəbkarının ifaçı olduğunu deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR