Əməkdar artist sosial şəbəkədə xanımına nələr yazdı? - FOTO

Əməkdar artist sosial şəbəkədə xanımına nələr yazdı? - FOTO
14:38 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Elşən Cəbrayılov evliliklərinin beş illilyi münasibətilə xanımını təbrik edib.

Publika.az xəbər verir ki, akytor həyat yoldaşı ilə toy fotolarını sosial şəbəkədə paylaşıb və belə yazıb:

“21 noyabr. Həyatımın ən gözəl, ən xoşbəxt günü. Ailə həyatımın 5 ili. Min şükür. Sən mənə iki gözəl övlad bəxş etdin.

Bu illər ərzində küsüb-barışan günlərimiz oldu. Amma dönüb geriyə baxanda görürsən ki, bunlarsız olmur. Məni qısqanma. Çünki həyatımda tək sən varsan. Bu mənə yetər. Çünki mənim kimi bir insanın kaprizlərinə hər adam dözə bilməzdi. Sən dözdün. Sənə bir medal. 5 ilimiz mübarək”.

Cəvahir

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR