İmişlidə avtomobil beton divara çırpılıb, xəsarət alan var

İmişlidə avtomobil beton divara çırpılıb, xəsarət alan var
12:42 22 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 22 noyabr. REPORT.AZ/ İmişli rayonunda yol-nəqliyyat hadisəsi verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gecə şəhərin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, Fərman Tofiq oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq beton divara çırpılıb.
Qəza nəticəsində sürücü bədən xəsarətləri alıb, avtomobil isə yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR