Londonda liderlik mübarizəsi, "Beşiktaş"ın son şansı

Londonda liderlik mübarizəsi, "Beşiktaş"ın son şansı
09:32 23 Noyabr 2016
81 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında V tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A, B, C və D qruplarında növbəti matçlar baş tutacaq.

A qrupunda növbəti mərhələyə vəsiqəni ötən turda təmin edən "Arsenal"la PSJ qrup birinciliyi uğrunda "döyüşəcəklər". "Emireyts" stadionunda baş tutacaq görüşün qalibi qrup birinciliyini də təmin edəcək. "Ludoqorets"lə "Bazel" isə üçüncü yerə iddialarını davam etdirirlər. Bolqarıstanda qalib gələn tərəf Avropa Liqasına yollanmaq hüququ qazanacaq.
 
B qrupunda vəziyyət qarışıqdır. Autsayder "Dinamo"nu (Kiyev) qəbul edən "Napoli" qalib gələcəyi təqdirdə son tur öncəsi 1/8 finala adını yazdıracaq. "Beşiktaş"la "Benfika"nın mübarizəsi isə böyük gərginlik vəd edir. "Qartallar"ın oyununda Türkiyə klubu rəqibini əliboş yola salmağa çalışacaq. Əgər "Napoli" sürprizə imkan verməsə və "Beşiktaş" evdə yenilsə, İstanbul nəhəngi Avroliqaya yollanmaqla təsəlli tapacaq.
 
C qrupunda hər şeyə bu turda aydınlıq gələ bilər. "Mançester Siti" Mönhenqladbaxda "Borussiya"ya qalib gələrsə, həm özü, həm də "Barselona" 1/8 finala vəsiqəni rəsmiləşdirəcək. "Barsa"nın qələbəsi və "şəhərlilər"in heç-heçəsi də eyni vəziyyət yaradacaq. Lider "Barselona"nı, onsuz da, "Seltik"lə səfər görüşündə bərabərlik qane edir.
 
D qrupunda növbəti mərhələyə vəsiqəni rəsmiləşdirən "Atletiko" ilə "Bavariya" autsayderləri sınağa çəkəcəklər. Bu görüşlərdən sonra da adıçəkilən komandalar arasında 3 xallıq fərq artmasa, İspaniya və Almaniya nəhəngi son turda öz aralarında lideri müəyyən edəcəklər.
 
 
Çempionlar Liqası
Qrup mərhələsi, V tur

23 noyabr

A qrupu

23:45. "Arsenal" (İngiltərə) - PSJ (Fransa)

23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsveçrə)

1.

Arsenal 

4

3

1

0

12-3

10

2.

PSJ 

4

3

1

0

9-3

10

3.

Bazel

4

0

1

3

2-8

1

4.

Ludoqorets

4

0

1

3

4-13

1

B qrupu

21:45. "Beşiktaş" (Türkiyə) - "Benfika" (Portuqaliya)

23:45. "Napoli" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

1.

Benfika

4

2

1

1

6-5

7

2.

Napoli

4

2

1

1

9-7

7

3.

Beşiktaş

4

1

3

0

6-5

6

4.

Dinamo K.

4

0

1

3

2-6

1

C qrupu

23:45. "Borussiya" (Mönhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)

23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya)

1.

Barselona

4

3

0

1

14-4

9

2.

Mançester Siti

4

2

1

1

10-8

7

3.

Borussiya M.

4

1

1

2

4-7

4

4.

Seltik

4

0

2

2

4-13

2

D qrupu

21:00. "Rostov" (Rusiya) - "Bavariya (Almaniya)

23:45. "Atletiko" (İspaniya) - PSV (Hollandiya)

1.

Atletiko 

4

4

0

0

5-1

12

2.

Bavariya 

4

3

0

1

11-3

9

3.

Rostov

4

0

1

3

3-10

1

4.

PSV

4

0

1

3

4-9

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR