Məşhur müğənni, kanadalı Castin Biberə qarşı cinayət işi qaldırıla bilər. Səbəb onun İspaniyanın Barselona şəhərində fanatını vurmasıdır.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 22 yaşlı müğənni Barselonadakı "Palau Sant Jordi" arenasında konsertdən sonra avtomobili ilə otelə yollananda fanatlar maşının qarşısını kəsməyə çalışıblar. Fanatlardan biri isə maşının arxa oturacağında əyləşmiş Castin Biberə əlini uzadaraq onunla salamlaşmaq istəyib.
"Castin, mən "gey"əm və səni sevirəm", - fanat qışqırıb.
Castin Biber də sinirlənib, əlini uzatmış fanatın sifətinə yumruq vurub. Yumruq zərbəsindən fanatın dodaqları partlayıb, çənə sümüyü çatlayıb.
O, hospitala müraciət edib.
Barselona polisi olayı araşdırır.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:

























