Məşhur "Vine" tətbiqinin Çin versiyası "Miaopai"də yerləşdirilən videolardan biri "iPhone" modellərinin kilidlənməsinə səbəb olur.
Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, sosial şəbəkəyə yerləşdirilən 5 saniyəlik video virus deyil. Lakin o video açılan zaman telefon sönür.
Telefon açılan zaman problem yaşana bilər. Bu zaman əsas düymə ilə telefonu kilidə salan düyməni 8 saniyə ərzində sıxıb saxlamaq lazımdır.
Qeyd edək ki, "Apple" şirkəti hələ məsələ ilə bağlı açıqlama verməyib.
Bəxtiyar Umarlı
Milli.Az