Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Şahsevən kəndində rayon sakini Həsənağa Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu atla keçən kənd sakini, 81 yaşlı Allahyar Azadovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş A.Azadov noyabrın 22-də orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.
Milli.Az