Məşhur azərbaycanlının qohumu evində yanaraq öldü

Məşhur azərbaycanlının qohumu evində yanaraq öldü
10:42 24 Noyabr 2016
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə yanğın olub.

Milli.Az FHN-ə istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb.
 
Yanğın kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Əldə edilən məlumata görə, mərhumun atası Bilman Şadlinski Abasqulu bəyin qardaşı oğlu olub.
 
Yanğın hadisəsi ilə bağlı aidiyyatı qurumlar araşdırma aparır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR