SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Göyçayda investisiya layihələrinin qəbuluna başlayıb
16:22 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb. 
Nazirlikdən "Report"a verilən xəbərə görə, fond sahibkarlardan ixtisaslaşdırılan “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.
İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 72, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-goycayda-investisiya-layihelerinin-qebuluna-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR